Georgi Haci: “Futbolçularım sonadək mübarizə apardılar”

Georgi Haci: “Futbolçularım sonadək mübarizə apardılar”

"Türk Telekom Arena"da keçirdiyi ilk rəsmi qarşılaşmadan qələbə ilə ayrılan "Qalatasaray"ın baş məşqçisi Georgi Hacı bir sıra açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, G.Haci futbolçularının "Sivasspor" qarşısında göstərdikləri oyundan razı qaldığını dilə gətirib: "Futbolçularımı təbrik edirəm. Yeni stadionumuzda keçirdiyimiz ilk oyunumuzda qələbə qazandıq. Bu çox önəmlidir. Xüsusi ilə futbolçularımızın göstərdikləri fədakarlığı qeyd etməsəm olmaz. Onlar sonadək mübarizə apardılar. Əgər oyun zamanı bir sıra qol epizodlarını qaçırmasaydıq, indi oyundakı hesab da tam fərqli olardı".

Bütün xəbərlər Facebook səhifəmizdə