"Mançester Yunayted" açıq şəkildə bu il İngilltərə çempionluğunu bayram edəcəyini futbolla ortaya qoymağa çalışır. Siasport.az saytı xəbər verir ki, dünən İngiltərə Premyer Liqası çərçivəsində növbəti oyununu keçirən "Mançester Yunayted" "Old Trafford"da "Birmingem"in daşını daş üstünə qoymayıb. "Qırmızı şeytanlar" artıq qarşılaşmanın 2-ci dəqiqəsindəcə darmadağının əsasını qoyublar. "Mançester Yunayted"in bolqarıstanlı ulduz futbolçusu Dimitar Berbatov 2-ci dəqiqədən başlayaraq ardıcıl olaraq 31-ci və 53-cü dəqiqələrdə "Birmingem"in qapıçısını meydana çıxdığına peşman edib. Birinci hissənin son saniyələrində isə artıq futbol həyatı ilə vidalaşacağını açıqlamış Rayan Giggs də rəqib torunu silkəlməyə macal tapıb. Qarşılaşmanın 76-cı dəqiqəsində Nani hesabı 5:0 edib. Bu nəticədən sonra "Mançester Yunayted" xallarının sayını 48-ə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB