\"Qarabağ\" Antalyada təlim-məşq toplanışının 11-ci gününə qədəm qoyub. Siasport.az saytı xəbər verir ki, bu günün proqramında komandanın 2 məşqi nəzərdə olub. Yerli vaxtla saat 10:30-da baş tutan ilk çalışma saat yarım davam edib. Ənənəvi olaraq isinmə hərəkətlərinin ardından 3 qrup halında \"kvadrat\" oynanıləb. Sonra isə günün əsas çalışması baş tutub. 2 qrupa bölünən futbolçular meydanın 2 hissəsində fərqli maneələri aşaraq sonda zərbə üzərində \"işləyiblər\". Günün ikinci məşqi isə 16:45-ə olub.
Bu gün komandanın heyətinə daha bir futbolçu qatılıb. Bu futbolşçu serbiyalı qapıçı Pavloviçdir. 24 yaşlı qolkiper Serbiyanın ən tanınmış komandası \"Srvena Zvezda\"nın üzvüdür. 186 sm boya mailk qapıçı haqqında yaxın günlərdə qərar veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB