"Topaz" markası altında fəaliyyətə başlayacaq mərc
oyunlarına 18 Yanvar 2011-ci il tarixindən start verilir. Siasport.az saytı xəbər verir
ki, bununla da, idmansevərlər, xüsusilə də futbolla maraqlanan insanlar asudə
vaxtlarını daha maraqla keçirib, futbol biliklərini yoxlayıb, eyni zamanda
qazanc əldə edə bilərlər. Xüsusi ilə qeyd edək ki, qazanılan bütün uduşların tam şəkildə qaliblər tərəfindən
əldə ediləcəyinə təminat verilir. Oynamaq istəyənlər hələlik Bakı və Abşeron
yarımadasında, sonradan isə bütün Azərbaycan ərazisində "Topaz" satış məntəqələrinə
yaxınlaşaraq, istədikləri idman oyunlarına müxtəlif kombinasiyalar qura bilərlər. 31 may 2010-cu il tarixində "Bədən tərbiyəsi və
idman haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə
qanun Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilib ki, bu
Qanunla idman mərc oyunlarının həyata keçirilməsi üçün zəruri olan
qanunvericilik bazası da təmin edilib. Azərbaycan Respublikası Prezidenti cənab
İlham Əliyevin 10 iyun 2010-cu il tarixində imzaladığı Fərmanla bədən tərbiyəsi
və idmanın inkişafı məqsədilə Dövlət qurumlarına idman mərc oyunlarının həyata
keçirilməsi üçün lazımi göstərişlər verilib. "Topaz" Azərbaycan idmanının inkişafına
təkan vermək məqsədilə gəlirinin bir hissəsini idmanın inkişafına yönəldəcək. Belə ki, 30 iyun 2009-cu il tarixində qəbul edilən
Azərbaycan Respublikasının "Bədən tərbiyəsi və idman haqqında" Qanunu ilə idman
mərc oyunlarının keçirilməsindən daxil olan vəsaitlər bədən tərbiyəsi və
idmanın maliyyə mənbələri arasında göstərilib (847-IIIQ nömrəli Bədən tərbiyəsi
və idman haqqında qanun, 54-cü maddə). 20 avqust 2010-cu il tarixində isə Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin 152 və 153 nömrəli qərarları ilə İdman mərc
oyunlarından əldə edilən vəsaitlərdən bədən tərbiyəsi və idmana ayrılan hissə
müəyyənləşib və "İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin
akkreditasiya olunması Qaydası" ilə "İdman mərc oyunlarının təşkili və keçirilməsi
Qaydaları" təsdiq edilib. Bundan başqa, ən önəmli məqamlardan biri dövlətin
bu oyundan vergi əldə etməsidir. "Topaz" nəinki idmanın inkişafına yardımçı
olacaq, həm də dövlət büdcəsinə ödəyəcəyi vergilərlə Azərbaycan
iqtisadiyyatının möhkəmlənməsinə öz töhvəsini verəcək. Belə ki, 29 dekabr
2010-cu il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin idman mərc
oyunlarının həyata keçirilməsi fəaliyyətinin vergi öhdəliklərini tənzimləyən
245 nomrəli qərarı qəbul edilib. Bu qərar Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1 Mart 2001-ci il tarixli 55 nomrəli qərarına əlavədir. Bütün
idmansevərləri həm biliklərini yoxlayaraq, vaxtlarını daha da maraqlı keçirməyə,
həm də idmanımıza və dövlətimizə fayda verəcək "Topaz" oyununu oynamağa dəvət
edirik!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB