\"Xəzər Lənkəran\" \"Atırau\"ya yenildi

\"Xəzər Lənkəran\" \"Atırau\"ya yenildi
Antalyadakı təlim-məşq toplanışında ilk yoxlama oyununa çıxan \"Xəzər Lənkəran\"ın rəqibi Qazaxıstanın Superliqa təmsilçisi \"Atırau\" olub. Siasport.az saytı xəbər verir ki, \"Qloriya Serenti\" otelinin meydançasında baş tutan matçda komanda 1:2 hesabı ilə məğlub olub. İlk hissədə rəqib önə keçsə də az sonra baxışda olan almaniyalı futbolçu Jerom Polenz gözəl zərbə ilə hesabı bərabərləşdirib. İkinci hissədə heyətdə dəyişilik edən Mirça Rednik bütün baxışda olan futbolçulara şans verib. İkinci hissədə çoxlu qol şansını boşa verən cənub təmsilçisi sonda kuryoz qolla yenilib.

Xatırladaq ki, Qazaxıstan çempionatında 7-ci pillədə qərarlaşan \"Atırau\"nun sükanı arxasına fasilə dönəmində bu yaxınlarda \"Qəbələ\" klubunu çalışdıran həmyerlimiz Ramiz Məmmədov keçib.


Qeyd edək ki, ilk yoxlama oyunundan sonra daha bir neçə yoxlama matçlarının keçirilməsi də nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня