Dünyanın məşhur M-1 Challenge yarışı Azərbaycanda keçiriləcək. SİA xəbər verir ki, Azərbaycan MMA Federasiyasından verilən məlumata görə, M-1 Challenge 67 iyunun 4-ü Bakıda təşkil olunacaq. Mötəbər yarışda bir-birindən maraqlı 10 döyüşün keçiriləcəyi gözlənilir. "Sərhədçi" Olimpiya İdman Mərkəzində təşkil olunacaq M-1 Challenge 67-də 15 ölkənin idmançısı iştirak edəcək. Yarış Bakıdan dünyanın 150 ölkəsinə canlı yayımlanacaq.
Qarışıq döyüş növləri - MMA üzrə mötəbər turnirdə ölkəmizi üç idmançı təmsil edəcək. Onlar dünya və Avropa çempionları Taleh Nəcəfzadə, Zaur Hacıbabayev və Etiqad Atakişiyevdir.
Qeyd edək ki, bu turnir Azərbaycan paytaxtında ilk dəfədir keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB