"Trabzonspor"un baş məşqçisi istefaya göndərilib

"Trabzonspor"un baş məşqçisi istefaya göndərilib

"Trabzonspor" klubunun baş məşqçisi Hami Mandiralı istefaya göndərilib. SİA-nın məlumatına görə, buna səbəb komandanın Superliqanın 33-cü turunda "Antalyaspor"a böyükhesablı məğlubiyyəti (0:7) olub. Klubun rəsmi saytı da baş məşqçi ilə yolların ayrıldığını açıqlayıb.

Xatırladaq ki, Türkiyə millisinin sabiq üzvü "Trabzonspor"dan əvvəl "Antalyaspor"un baş məşqçisi olub. Mütəxəssis "Trabzonspor"da bu ilin yanvarından çalışırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə