"Qarabağ"ın Antalya düşərgəsinə "Feyenord"un futbolçusu baxışa gəlib

"Qarabağ"ın Antalya düşərgəsinə "Feyenord"un futbolçusu baxışa gəlib

"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir. Siasport.az saytı xəbər verir ki, komanda ilk çalışma günündə 2 məşqlə günü başa vurub. Günün 2-ci çalışması yerli vaxtla 16:30-da baş tutub. Təxminən 1 saat 45 dəqiqə davam edən məşq yüksək əhval-ruhiyyədə keçib. Yalnız Rəşad Kərimovun komandadan ayrı olaraq çalışdığı məşqdə futbolçuların istəkli olması nəzərlərdən qaçmayıb. Qaçışdan sonra toplu fərqli təmrinlər həyata keçirən komandaya bir futbolçu baxışa gəlib. "Feyenord"un əvəzedici heyətinin kapitanı Süleyman Rahat komandanın sıralarındadır. Ön xətt oyunçusu 1991-ci il təvəllüdlüdür. Onu haqqında yaxın günlərdə qərar veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə