Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. SİA-nın məlumatına görə, yarışların ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz 1 gümüş və 2 bürünc medal qazanıb. Murad Məmmədov (59 kq) gümüş, Ruhin Mikayılov (71 kq) və Elton Vəzirzadə (80 kq) bürünc medala sahib olub.
Çempionatın üçüncü günündə qadın güləşçilərin mübarizəsi başlayıb. Bu gün 48, 55, 60 və 69 kq çəki dərəcələrində qadınlar xalça üzərinə çıxıb.
Bu saatadək qeydə alınmış nəticələri nəzərinizə çatdırırıq:
48 kq
1/4 final - Anna Pavliv - Silje Knutsen Kippernes (NOR) 2:6
Təsəlliverici görüş - Anna Pavliv - Liana Almeeva (GEO) 6:0
Bürünc medal görüşü - Anna Pavliv - İlona Semkiv (UKR)
55 kq
1/4 final - Olena Kremzer (UKR) - Almaz İsmayılova 10:0
Bürünc medal görüşü - Almaz İsmayılova - Anastassia Krasnova (EST)
60 kq
1/4 final - Tatyana Omelçenko - Therese Lina Persson (SWE) 6:1
1/2 final - Tatyana Omelçenko - Veranika İvanova (BLR) 7:3
FİNAL - Tatyana Omelçenko - Anhelina Lysak (UKR)
69 kq
1/4 final - Elis Manolova - Natalia İvona Strzalka (POL) 4:0 (tuşe)
1/2 final - Martina Kuenz (AUT) - Elis Manolova 6:0
Bürünc medal görüşü - Viktoria İvanova Bobeva (BUL) - Elis Manolova
Qeyd edək ki, final görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB