"Rəvan"dan 6, "Bakı"dan isə 3 xal silindi

"Rəvan"dan 6, "Bakı"dan isə 3 xal silindi

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul olunub:

FIFA 21.01.2016-cı il tarixində AFFA-ya məktub ünvanlayaraq FIFA-nın Nizam-İntizam Komitəsinin "Rəvan" klubu haqqında qərar qəbul etdiyini bildirib. Məktubda "Rəvan" klubu ilə həmin klubda çıxış etmiş futbolçu Artur Kotenko arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etməməsi səbəbindən cari mövsüm aktivindən 6 xal silinməsi göstərilib.

Yuxarıda göstərilənləri nəzərə alaraq, AFFA-nın İntizam Komitəsi aşağıdakı qərarı qəbul edib:

1. Topaz Premyer Liqasında çıxış edən "Rəvan" FK-nın cari mövsüm aktivindən 6 xal silinsin.

FIFA 21.01.2016-cı il tarixində AFFA-ya məktub ünvanlayaraq FIFA-nın Nizam-İntizam Komitəsinin "Bakı" klubu haqqında qərar qəbul etdiyini bildirib. Məktubda "Bakı" klubu ilə həmin klubda çıxış etmiş futbolçu Dejan Brankoviç arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etməməsi səbəbindən cari mövsüm aktivindən 3 xal silinməsi göstərilib.

Yuxarıda göstərilənləri nəzərə alaraq, AFFA-nın İntizam Komitəsi aşağıdakı qərarı qəbul edib:

1. Azərbaycan birinci divizionunda çıxış edən "Bakı" FK-nın cari mövsüm aktivindən 3 xal silinsin.

17 yanvar 2015-ci il U-16 Liqasında "Fortuna" – "İnter" matçının 29-cu dəqiqəsində "Fortuna" klubunun 2 №-li futbolçusu Lətif Hacıyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

18 yanvar 2015-ci il U-16 Liqasında "Kəpəz" – "Neftçi" matçının 76-cı dəqiqəsində "Kəpəz" klubunun 16 №-li futbolçusu Nadir Babayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

21 yanvar 2016-cı il U-16 Liqasında "Qarabağ" – "Xəzər Lənkəran" matçında "Xəzər Lənkəran" klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

19 yanvar 2016-cı il Boulevard Hotel U-15 Liqasının "Sumqayıt" – "Turan" matçında "Turan" klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56)

Bütün xəbərlər Facebook səhifəmizdə