Gələn il keçiriləcək Rio-de-Janeyro Olimpiadasında iştirak edəcək ilk 60 boksçunun adı məlum olub. 20 boksçu AİBA Proboxing turnirindən, 17-si WSB liqasından, 23-ü isə Qətərdə keçirilən dünya çempionatından planetin ən böyük yarışına vəsiqə qazanıb. Braziliyada 286 dəri əlcək ustası rinqə çıxacaq.
Olimpiadaya ilk vəsiqə qazananlar arasında Azərbaycan milli komandasının 3 üzvü də var. Dünya çempionu Elvin Məmişzadə (52 kq), dünya çempionatının gümüş mükafatçısı Albert Səlimov və bürünc medalçı Pərviz Bağırovun (69 kq) "Rio-2016"da çıxış edəcəyi artıq dəqiqləşib.
Kuba yığmasının 7 üzvü Olimpiya Oyunlarına lisenziyaya yiyələnib.
Qeyd edək ki, qarşıda qitələr üzrə təsnifat yarışları və gələn ilin iyununda isə dünya Olimpiya təsnifat turniri keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB