Cüdo üzrə Azərbaycan yığması Monqolustanın paytaxtı Ulan-Bator şəhərində bu il sonuncu təlim-məşq toplanışını keçirir. Təlim-məşq toplanışında Nicat Şıxəlizadədən başqa milli komandanın bütün liderləri iştirak edirlər.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Çində və Koreyada Qran-pri yarışlarında, habelə Yaponiyada "Böyük dəbilqə" turnirində iştirak ediblər.
Toplanış dekabrın 22-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB