Şəhriyar Əliyev “Xəzər Lənkəran”la matçda “Kəpəz”ə kömək edə bilməyəcək

Şəhriyar Əliyev “Xəzər Lənkəran”la matçda “Kəpəz”ə kömək edə bilməyəcək

Azərbaycan kubokunun 1/8 final mərhələsində "Xəzər Lənkəran"la keçiriləcək səfər oyununda Şəhriyar Əliyev "Kəpəz"ə kömək edə bilməyəcək. SİA-nın məlumatına görə, müdafiəçi zədəli olduğundan komandadan kənarda qalıb. Bu səbəbdən Şəhriyar Lənkərana da aparılmayıb.

Gəncədə Topaz Premyer Liqasının XIV turunda "İnter" ilə görüşdə zədə alan arxa xətt oyunçusu komanda ilə birgə məşq edib. Lakin ağrıları olduğundan vəziyyətin daha da ağırlaşmaması üçün futbolçunun kubok matçında meydana çıxmaması məsləhət görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə