UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun "Borussiya" (Dortmund, Almaniya) – "Qəbələ" oyunundan əvvəl keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın futbolçusu Rəşad Sadiqov da iştirak edib. Yarımmüdafiəçi keçirilcək oyun haqqında danışıb: "Borussiya"nın gözəl azarkeşləri var. Bu cür auditoriya qarşısında oynamaq hər bir futbolçu üçün xoşdur. Dörd il əvvəl "Qarabağ"ın heyətində bu stadionda "Borussiya"ya qarşı keçirdiyimiz oyunu unutmuşuq. Həmin görüşdə uduzsaq da, yaxşı mübarizə aparmışdıq. Komandamızda özünəinam var. Uğur qazana biləcəyimizə inanırıq. UEFA Avropa Liqasının ilk 3 oyununda qələbə qazana bilməmişik. İstəklə, həvəslə oynasaq, Dortmundda yaxşı nəticə qazana bilərik. Bunun üçün əlimizdən gələni edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB