AZAL səfərdə "Qəbələ" ilə heç-heçə etdi NƏTİCƏLƏR

AZAL səfərdə "Qəbələ" ilə heç-heçə etdi NƏTİCƏLƏR

Bu gün Azərbaycan Premyer Liqasında 10-cu turun oyunları keçirilib. SİA-nın məlumatına görə, AZAL səfərdə "Qəbələ"nin qonağı olub. Qəbələ şəhər stadionunda baş tutan oyunu Rəvan Həmzəzadə idarə edib. Matçda qapılara qol vurulmayıb və komandalar hərəyə bir xal qazanıblar.

Xatırladaq ki, AZAL ötən tur "Neftçi" üzərində 2:1 hesablı qələbə qazanmışdı.

Bu gün keçirilən digər qarşılaşmalarda "Sumqayıt" səfərdə "Xəzər Lənkəran"ı 1:2, "Qarabağ" öz meydanında "Rəvan"ı 1:0 hesabı ilə məğlub edib, "Zirə" Bakıda "Kəpəz"lə 2:2, "Neftçi" isə "İnter"lə 1:1 hesablı heç-heçəyə imza atıb.

Turnir cədvəli

1 Qarabağ 10 23
2 Qəbələ 10 21
3 İnter 10 18
4 Zirə 10 17
5 Kəpəz 10 15
6 Sumqayıt 10 11
7 Neftçi 10 10
8 Xəzər Lənkəran 10 9
9 AZAL 10 8
10 Rəvan 10 2

Bütün xəbərlər Facebook səhifəmizdə