Respublika Velotrekində çoxgünlük ötüşmələr üzrə Federasiya Kuboku yarışı keçirilib. SİA-nın məlumatına görə, 3 gün davam edən yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 60-dan artıq idmançısı iştirak edib.
Reqlamentə əsasən, qaliblər iştirakçıların 3 yarış günü ərzində göstərdiyi nəticələr əsasında müəyyənləşib. 15 və 17 yaşa qədər velosipedçilər arasında İxtisaslaşdırılmış Uşaq-Gənclər Məktəbinin nümayəndələri Qadir Mustafayev və Bakir Dadaşov müvafiq olaraq 23 və 24 xalla Federasiya Kubokunun qalibi adını qazanıblar.
Elit, U-23 və gənclər kateqoriyasında isə "Lokomotiv" klubunu təmsil edən Tural İsgəndərov 25 xalla hamıdan güclü olub. Qaliblər federasiya tərəfindən medal, diplom və pul mükafatı ilə təltif ediliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB