Kikboksinq üzrə milli komandamız oktyabr ayında Serbiyanın paytaxtı Belqrad şəhərində böyüklər arasında keçiriləcək dünya çempionatına hazırlaşır. SİA-nın məlumatına görə, dünya və Avropa çempionu, dünya kubokunun sahibi, Əməkdar məşqçi, "Sərhədçi" İdman Olimpiya Mərkəzinin baş məşqçisi, kapitan rütbəli Fuad Zeynalov bildirib ki, yarış "low-kick", K1 və "kick-light" versiyalarında təşkil olunacaq. Serbiyaya milli komandamızla birlikdə böyüklərdən ibarət yığmamızın baş məşqçisi Elşən Abdulrəhimov, gənclər və yeniyetmələrin baş məşqçisi Ehram Məcidov, DIN İC məşqçisi Hikmət Hacıyev, həmçinin Quba Olimpiya İK məşqçisi Telman Məhərrəmov, Azərbaycan Kikboksinq Federasiyasının (AKF) vitse-prezidenti Güloglan Cabbarov və milli komandanın rəisi Sadıx Bağırov da gedəcək.
Milli komandamıza AKF-nin prezidenti, millət vəkili Adil Əliyev rəhbərlik edəcək. Komandamız oktyabr ayının 24-də Belqrad şəhərinə yola düşəcək.
Qeyd edək ki, yarışda tanınmış idmançılardan Eduard Məmmədov, Ramal Aslanov, Ramiz Məmmədov, Emil Mövsümzadə, Xəyal Əhmədov, Zamiq Atakişiyev, Ağalar Sadikzadə, Zöhrab Əzimov və Fuad Zeynalov mübarizə aparacaq.
F. Zeynalov qeyd edib ki, ölkəmiz bütün sahələrdə olduğu kimi, idman sahəsində də misilsiz uğurlar qazanılıb. O, milli komandanın hazırlığı üçün həm dövlət, həm də federasiya tərəfindən yüksək şərait yaradıldığını bildirib: "Xüsusən də Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyevə minnətdarlığımı bildirirəm. Yaradılan şərait nəticəsində mən və digər idmançılarımız çox möhtəbər yarışlarda öz sözümüzü deyərək, Azərbaycan bayrağını yüksəldirik".







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB