2016-cı il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanun layihələri təsdiq edilidi

2016-cı il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanun layihələri təsdiq edilidi

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri təsdiq edilib. SİA-nın məlumatına görə, qeyd olunub ki, 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilib.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2016-cı il üçün ehtiyac meyarının həddi 105 manat məbləğində təsdiq edilib.

Qanunlar 2016-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə