Ağcabədi şəhərində ümumi sahəsi 1000 kv.m olan birmərtəbəli bir dam altında tikilmiş ticarət obyektində geyim satışı mağazasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 600 kv.m olan mağazanın yanar konstruksiyaları və içərisində olan mallar 220 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın saat 05:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB