Oktyabrın 15-də Azərbaycan boksçusu Elvin Məmişzadə Qətərin paytaxtı Dohada keçirilən boks üzrə dünya çempionatının qalibi adını qazanıb. Millimizin üzvü, birinci Avropa Oyunlarının çempionu Elvin Məmişzadə (52 kq) həlledici qarşılaşmada kubalı boksçu Yosbani Veitia ilə gərgin keçən döyüşdə böyük üstünlüklə qalib gəlib.
Elvin Məmişzadə oktyabrın 12-də finala yüksələrək "Rio-2016" Yay Olimpiya Oyunlarına lisenziya qazanmışdı.
Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda mübarizə aparan digər boksçumuz dünya və Avropa çempionu Albert Səlimov (60 kq) isə çempionatının gümüş medalına sahib olub.
A.Səlimov finalda Kubanın digər təmsilçisi, dünya çempionu Lazaro Alvares ilə qüvvəsini sınayıb. Boksçumuzun birinci raundda üstün olmasına baxmayaraq, o ikinci raundda zədələndiyindən döyüşü davam etdirə bilməyib. Lakin, finala çıxmaqla boksçumuz artıq "Rio-2016" Olimpiadasında iştirak etmək hüququ əldə etmişdi.
Birinci Avropa Oyunlarının qalibi Pərviz Bağırov (69 kq) yarışları bürünc medalla başa vurub.
P.Bağırov yarımfinalda Qazaxıstan nümayəndəsi Daniyar Yeleusinova uduzsa da, 69 kiloqram çəki dərəcəsində finala vəsiqə qazanan Muhammed Rabii bu turnirdən əvvəl WSB liqası turnirində Olimpiadaya lisenziyaya sahib olduğundan həmyerlimiz üç vəsiqədən birinə yiyələnib.
Xatırladaq, ki Azərbaycan milli komandasının üzvü Abdulqadir Abdullayev (91 kq) bu dünya çempionatında bürünc medal qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB