Güləşçimiz dünya çempionatında bürünc medal qazanıb

Güləşçimiz dünya çempionatında bürünc medal qazanıb

Yunanıstanın paytaxtı Afinada veteran güləşçilərin dünya çempionatı davam edir. SİA-nın məlumatına görə, Azərbaycan pəhləvanı yarışların ikinci günündə sərbəst güləş üzrə 1 bürünc medal qazanıb.

130 kq çəki dərəcəsində D divizionunda mübarizə aparan Rövşən İsmayılxanlı ilk görüşdə ABŞ təmsilçisini üstələsə də, yarımfinalda Qazaxstan pəhləvanına uduzub. Bürünc medal görüşünə çıxan pəhləvanımız Türkiyə təmsilçisinə qalib gəlib və fəxri kürsüdə yer alıb.

Xatırladaq ki, sərbəst güləş yarışlarının ilk günündə pəhləvanlarımızdan İslam Quliyev qızıl, Abbas Məmmədov gümüş medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə