Azərbaycan kuboku: 1/16 final rəqəmlərin gözü ilə

Azərbaycan kuboku: 1/16 final rəqəmlərin gözü ilə

Azərbaycan Kubokunda 2015/16 mövsümünə start veriləcək. SİA-nın məlumatına görə, bu həftə yarışın 1/16 final mərhələsinin qarşılaşmaları baş tutacaq. Bir oyundan ibarət olan mərhələdə 3 cüt meydana çıxacaq. Yarışın ilk mərhələsinin iştirakçısından 4-ü əvvəllər də ölkə kubokunda çıxış edibsə, "Şərurspor" və "Turan Tovuz" yarışın debütantıdır. Peşəkar Futbol Liqasının rəsmi internet saytı son illərdə üz-üzə gələn cütlərin kubok yarışlarındakı oyunlarının balansını daim təqdim etsə də, bu dəfəki qarşılaşmalarda görüşən klubların yolları indiyədək kəsişməyib.

1/16 final

14 oktyabr

1. MOİK - "Turan Tovuz" - indiyədək qarşılaşmayıblar

2. "Şahdağ" - "Şəmkir" - indiyədək qarşılaşmayıblar

3. "Şərurspor" - "Qaradağ Lökbatan" - indiyədək qarşılaşmayıblar

Qeyd edək ki, cari mövsümədək Azərbaycan kuboku yarışlarında 147 komanda iştirak edib. "Şərurspor" və "Turan Tovuz"un debüt etməsi ilə bu rəqəm 149-a çatacaq. Sonuncular əvvəlki 2 mövsümdə I Divizionda çıxış etsə də, kuboka qatılmayıblar. Bu komandanın "Turan"ın xələfi olmadığını nəzərə alsaq, Tovuzun kubokdakı növbəti təmsilçisinin debütü yalnız bu həftə gerçəkləşəcək. Digər debütant "Şərurspor" isə ümumiyyətlə ilk mövsümünü keçirir. Digər 4 komanda əvvəlki mövsümlərdə də kubokda qüvvəsini sınayıb.

komanda

O

Q

H

M

T/F

Şəmkir

44

20

9

15

67-41

MOİK

58

16

8

34

51-88

Şahdağ

46

14

6

26

51-86

Qaradağ Lökbatan

14

6

0

8

20-27

Bütün xəbərlər Facebook səhifəmizdə