Ronaldinyo klubsuz qaldı

"Fluminense" hücumçusu Ronaldinyo ilə müqavilənin pozulmasını elan edib. Rio-de-Janeyro klubunun saytının verdiyi xəbərə görtə, tərəflər qarşılıqlı razılıq əsasında ayrılıb. 35 yaşlı futbolçu iyul ortasında "Fluminense"nin futbolçusu oldu, 2016-cı ilin sonuna kimi müqavilə imzaladı.

Ronaldinyo Braziliya çempionatında bu komandanın heyətində 7 matç keçirib, heç nə ilə yadda qalmayıb.

Daha əvvəl futbolçunun Türkiyənin "Antalyaspor" klubuna keçəcəyi gündəmdə idi.

Bütün xəbərlər Facebook səhifəmizdə