İdmanın beş növü olimpia oyunlarına daxil edilə bilər TƏKLİF

İdmanın beş növü olimpia oyunlarına daxil edilə bilər TƏKLİF

"Tokio-2020" Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi idmanın beş növünün turnirin proqramına salınmasını Beynəlxalq Olimpiya Komitəsinə (BOK) təklif edib.

"Tokio-2020" xəbər verir ki, ilk siyahıda 8 idman növü göstərilsə də, sonradan beysbol, karate, serfinq, qayayadırmanma və skeytbord da təkliflər arasında yer alıb. BOK bu təklifə müsbət yanaşacağı halda 2020-ci ildə Tokio Olimpiya Oyunlarında idmanın bu növləri üzrə 474 idmançı 18 dəst medal uğrunda yarışacaq.

Yekun qərar gələn ilin avqustunda BOK-un Rio-de-Janeyroda keçiriləcək 128-ci Baş Assambleyasında veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə