Ansi Aqolli yubiley matçını keçirib

Ansi Aqolli yubiley matçını keçirib

"Qarabağ"ın futbolçusu Ansi Aqolli Topaz Premyer Liqasında yubiley matçını keçirib. Peşəkar Futbol Liqasından bildiriblər ki, albaniyalı legioner beşinci turun "Kəpəz"lə səfər qarşılaşmasında ölkə çempionatında 150-ci matçına çıxıb. O, bu oyunlarda 3 qol vurub. 2010-cu ildən Azərbaycanda çıxış edən A.Aqolli Premyer Liqadakı bütün qarşılaşmalarını "Qarabağ"ın heyətində keçirib.

A.Aqolli Ağdam təmsilçisinin heyətində çempionatda 150 və daha çox oyunda mübarizə aparan 11-ci futbolçu olub. Onadək 10 oyunçu "Qarabağ"la Premyer Liqada 150 və daha çox matça çıxmışdı. Onlar arasında yalnız bir legioner olub ki, Ansi həmyerlisi Admir Telidən sonra buna nail olan 2-ci əcnəbi kimi tarixə düşüb.

Qeyd edək ki, A.Aqolli Premyer Liqada ilk oyununu 2010-cu il avqustun 8-də səfərdə "Neftçi"yə qarşı keçirib. O, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən və 1:1 hesabı ilə başa çatan qarşılaşmada 90 dəqiqə forma geyib.

Bütün xəbərlər Facebook səhifəmizdə