Bakıda Polo üzrə Avropa çempionatı keçiriləcək

Bakıda Polo üzrə Avropa çempionatı keçiriləcək

Son iki il ərzində paytaxtımız Bakıda Azərbaycan Respublikası Atçılıq Federasiyası və "Elite Horse and Polo Club"un birgə təşkilatçılığı ilə iki tədbir baş tutub. SİA-nın məlumatına görə, möhtəşəm keçirilmiş "Arena Polo World Cup Azerbaijan" tədbirlərindən sonra Beynəlxalq Polo Federasiyası dünyada bir ilk olan I FİP Arena Polo Avropa Çempionatının Azərbaycanda keçirilməsinə qərar verib. Keçmiş iki il ərzində əldə olunmuş nailiyyətin nəticəsi olaraq bu il daha böyük tədbirin keçirilməsi qərara alınıb. Belə ki, sentyabrın 4-dən 12-dək Almaniya, İrlandiya, İsveçrə, İtaliya, İspaniya və Azərbaycan komandaları I FİP Arena Polo Avropa Çempionatı Azərbaycan qalibi adı uğrunda mübarizə aparcaqlar. Tədbir Azərbaycan Respublikası Atçılıq Federasiyası, "Elite Horse and Polo Club" və "World Polo"nun birgə təşkilatçılığı ilə keçiriləcək. Turnirin təqvimini nəzərinizə çatdırırıq:

4 Sentyabr

16.30 Qapılar açılır
17.00 Azərbaycan - Almaniya
18.00 İspaniya - İtaliya
19.15 İsveçrə - İrlandiya

5 Sentyabr
16.30 Qapılar açılır
17.00 Azərbaycan - İtaliya
18.00 İsveçrə - İspaniya
19.15 İrlandiya - Almaniya

6 Sentyabr
16.30 Qapılar açılır
17.00 İsveçrə - İtaliya
18.00 Almaniya - İspaniya
19.15 Azərbaycan - İrlandiya

10 Sentyabr
16.30 Qapılar açılır
17.00 Komanlaraın təqdimatı və açılış mərasimi
17.15 Azərbaycan – İsveçrə
18.00 İtaliya - Almaniya
19.15 İrlandiya - İspaniya

11 Sentyabr
16.30 Qapılar açılır
17.00 Almaniya – İsveçrə
18.00 Azərbaycan - İspaniya
19.15 İtaliya - İrlandiya

12 Sentyabr
17.00 Qapılar açılır
17.30 Azərbaycan atlarının paradı.
18.30 5-ci yer uğrunda oyun
19.30 3-cü yer uğrunda oyun
20.30 Avropa Çempionatının finalı
21.30 Mükafatlandırma mərasimi
22.00 "Elite Horse & Polo Club"da Polo Party at

Biletləri əldə etmək üçün əlaqə nömrələri:

(+994 12) 565 31 51

(+994 77) 498 00 00

(+994 55) 920 99 51

Bundan başqa, biletləri Bakı şəhərindəki bütün kassalardan, eyni zamanda www.araf.az internet saytından "online" əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə