İbrahimoviç İngiltərə yolunda

İbrahimoviçlə bağlı sürpriz transfer xəbəri
İbrahimoviç İngiltərə yolunda

Zlatan İbrahimoviçin PSG klubundakı gələcək taleyi sual altında olduğu bir vaxtda İngiltərə mətbuatı maraqlı xəbərlər yayıb.İsveçli ulduz "Mançester Yunayted"in növbəti transferi ola bilər. İyulun 21-də keçirilən mətbuat konfransında sualları cavablandıran "qırmızı şeytanlar"ın çalışdırıcısı Lui van Qaal hücum xəttinə sürpriz ad gətirəcəklərini bildirmişdi.

Qeyd edək ki, "manikunainlar" bir müddət öncə Tomas Mülleri transfer etmək barədə düşünürdü. Zlatan İbrahimoviçin adı isə "Milan"la gündəmə gəlsə də, "rossoneri"nin növbəti mövsüm Çempionlar Liqasından kənarda qalması məsələni qəlizləşdirir.

"Mənim gələcəyim agentim Mino Rayolanın əlindədir. Bu barədə başqa deyəcəyim yoxdur" - İbrahimoviç açıqlama verib.

Bütün xəbərlər Facebook səhifəmizdə