Gənclərin Avropa çempionatının ilk günündə güləşçilərimiz 2 medal qazanıblar
Türkiyənin İstanbul şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı keçirilir. SİA-nın məlumatına görə, çempionatın ilk günündə sərbəst güləş üzrə 50, 60, 74 və 96 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Güləşçilərimiz günü 2 bürünc medalla başa vurub.
60 kq çəki dərəcəsində mübarizə aparan Vurğun Əliyev ilk görüşündə Polşa təmsilçisindən üstün olsa da, rusiyalı rəqibinə məğlub olub. Rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşə qatılmaq şansı verib və Vurğun Makedoniya idmançısına qalib gəlməklə bürünc medal uğrunda həlledici görüşə haqq qazanıb. Belarus idmançısı üzərində tam üstünlüklü qələbə güləşçimizə bürünc medal qazandırıb.
74 kq çəkidə yarışan Murad Süleymanov ardıcıl olaraq Moldova və Bolqarıstan güləşçilərini mübarizədən kənarlaşdırıb. Yarımfinalda rusiyalı rəqibinə məğlub olan Murad bürünc medal görüşünə çıxıb. Həlledici qarşılaşmada Ermənistan idmançısını məğlub edən Murad Süleymanov Avropa çempionatının bürünc medalına sahib olub.
96 kq-da mübarizə aparan təmsilçimiz Turxan Qurbanov Polşa və Macarıstan güləşçilərini mübarizədən kənarlaşdırmaqla çempionata uğurlu başlayıb. Ancaq yarımfinalda Rusiya idmançısı güləşçimizdən üstün olub. Bürünc medal uğrunda gərgin keçən görüşdə finlandiyalı rəqibinə də məğlub olan Turxan çempionatı beşinci sırada tamamlayıb.
50 kq
1/8 final - Bekir Şahin (TUR) - Şəhriyar Salmanov 12:2
60 kq
1/8 final - Vurğun Əliyev - Bartosz Stavinoqa (POL) 9:0
1/4 final - Naçin Kuular (RUS) - Vurğun Əliyev 6:0
Təsəlliverici görüş - Adil Adili (MKD) - Vurğun Əliyev 0:10
Bürünc medal görüşü - Vurğun Əliyev - Dzianis Maksimau (BLR) 10:0
74 kq
1/8 final - Georgi Paskalov (MDA) - Murad Süleymanov 0:10
1/4 final - Murad Süleymanov - Engin İsmail (BUL) 10:0
1/2 final - Murad Süleymanov - Artyom Umarov (RUS) 0:11
Bürünc medal görüşü - Murad Süleymanov - Suren Xaçatryan (ARM) 7:3
96 kq
1/8 final - Turxan Qurbanov - Aleksandr Voytaçnio (POL) 10:0
1/4 final - Turxan Qurbanov - Kristof Vittmann (HUN) 9:5
1/2 final - Turxan Qurbanov - Yuriy Vlasko (RUS) 3:6
Bürünc medal görüşü - Jere Heino (FİN) - Turxan Qurbanov 2:1
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB