Qadın boksçumuz məğlub oldu YENİLƏNİB

Qadın boksçumuz məğlub oldu YENİLƏNİB

Boksçumuz Anaxanım Ağayeva Bakı 2015 birinci Avropa Oyunlarında ilk döyüşündə məğlub olub. SİA-nın xəbərinə görə, Azərbaycan boksçulardan ilk olaraq rinqə ölkəmizi yüngülvari (48-51 kq) çəkidə təmsil edən Anaxanım Ağayeva çıxıb.

Anaxanımın 1/8 finaldakı rəqibi Polşa boksçusu Sandra Drabik olub. Müdafiədə buraxdığı səhvlər ucbatından ilk raund Anaxanımın rəqibinin hesabına yazıldı - 9:10. Boksçumuz ikinci raundda da təxminən eyni səhvləri buraxdığından polşalı rəqibi üstün oldu – 9:10. İlk iki raundun uğursuzluğunun əvəzini çıxamağa çalışan boksçumuz yenə də eyni aqibət və eyni nəticə ilə üzləşdi. Sonuncu, dördüncü raundda polşalı rəqibinin üzərinə atılan A.Ağayeva yenə də başından ardıcıl zərbələr alıb və yekunda 36:40 hesabı ilə məğlub olub.

10:24

"Bakı-2015" I Avropa Oyunlarında boks yarışları davam edir. SİA-nın xəbərinə görə, bu gün 6 çəkidə 1/8 mərhələsinin görüşləri keçiriləcək. Azərbaycan yığmasının 5 boksçusu bu gün rinqə çıxacaq.

Kişilər arasında 56 kq çəki dərəcəsində Azərbaycan yığmasının üzvü Tayfur Əliyevin rəqibi bundan öncəki mərhələdə ispaniyalı Dieqo Pereyra Ferreri məğlub edən (3:0) rumıniyalı Nikolae Andreiana olacaq.

81 kq çəki dərəcəsində Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov 1/8 finalda polşalı Yordan Kulinski ilə üz-üzə gələcək.

+91 kq çəki dərəcəsində ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhməmədrəsul Məcidov Gürcüstan təmsilçisi Mixail Baxtidzenlə döyüşəcək.

Qadınlar arasında 51 kq çəki dərəcəsində Anaxanım Ağayevanın rəqibi Sandra Drabikdir (Polşa).

75 kq çəki dərəcəsində Azərbaycanı bu çəkidə təmsil edən Leyla Cavadova 1/8 finalda rusiyalı Yaroslava Yakuşina ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə