İyunun 17-də Bakı Atıcılıq Mərkəzində birinci Avropa Oyunlarının atıcılıq yarışlarının ikinci günü başlayıb. SİA-nın xəbərinə görə, yarışın ikinci günündə kişilər və qadınlar arasında 10 metrdən hava tapançası ilə atəşaçma, həmçinin kişilər arasında səngər stendi yarışları keçirilir.
Qadınlar arasında 10 metrdən hava tapançası ilə atəşaçma yarışında ölkəmizi İradə Aşumova və Nərminə Səmədova təmsil edir. Bu gün həmçinin Azərbaycanın iki idmançısı- Rəsul Məmmədov və Ruslan Lunev kişilər arasında 10 metrdən hava tapançası ilə atəşaçma yarışında medal uğrunda mübarizə aparacaq.
Elvin İsmayılov və Əlimirzə Quliyev isə kişilər arasında səngər stendi yarışının ikinci təsnifat günündə mübarizələrini davam etdirəcəklər.
Fərdi yarışların qalibləri birbaşa "Rio-2016" Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanacaqlar.
Azərbaycanın təcrübəli atıcısı İradə Aşumova beynəlxalq yarışlarda tanınan simadır. Avropa Oyunlarının ən yaşlı iştirakçısı olan 57 yaşlı Aşumova Barselona (1998) və Lahti (2002) dünya çempionatlarının gümüş mükafatçısı, 2004-cü il Afina Olimpiya Oyunlarının isə bürünc mükafatçısıdır.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB