Avropa Oyunları çərçivəsində karatenin Kumite növü üzrə keçirilən yarışlar davam edir. SİA-nın məlumatına görə, bu gün 60, 67 və 75 kiloqram çəki dərəcələrində 3 idmançımız tatami üzərinə çıxıb. 60 kiloqramda mübarizə aparan Firdovsi Fərzəliyev və 67-də tatamiyə çıxan Niyazi Əliyev yarımfinala vəsiqələrini təmin etsə də Erman Eltemurla qarşılaşmada 5:3 hesabı ilə məğlub olan Rafael Ağayevin finala vəsiqə qazanacağı sual altında idi. Çünki, o təcrübəli idmançı latviyalı Ruslans Sadıkovsla görüşməli idi. Rafael Ağayev ona olan ümidləri doğrultdu. Qarşılaşmada 3:1 hesabı ilə qələbə qazanaraq, adını yarımfinala yazdırdı. Beləliklə, ölkəmizi 3 çəkidə təmsil edən hər 3 idmançımız yarımfinalda rəqiblərini gözləyir.
Qeyd edək ki, yarımfinal qarşılaşmalarına günün ikinci yarısında start veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB