Rəsul Çunayev və Rafiq Hüseynov "Bakı-2015"in finalında YENİLƏNİB CANLI YAYIM

Rəsul Çunayev və Rafiq Hüseynov "Bakı-2015"in finalında YENİLƏNİB CANLI YAYIM

"Bakı-2015" I Avropa Oyunlarının yunan-Roma güləşi yarışlarına Azərbaycan idmançıları qələbə ilə başlayıblar. SİA-nın məlumatına görə, 98 kq çəki dərəcəsində mübarizə aparan Orxan Nuriyev 1/16 finalda isveçli Teodoros Tunisidislə qarşılaşıb. İdmançımız rəqibini 4:1 hesabı ilə məğlub edib. Digər idmançımız Elman Muxtarov (59 kq) isə 1/8 finalda gürcüstanlı Gizo Meladzeyə 5:3 hesabı ilə qalib gəlib. 71 kq çəkidə Rəsul Çunayev moldovalı Daniel Kataraqadan 7:6 (1/8 final), 80 kq-da Rafiq Hüseynov avstriyalı Mixael Vaqnerdən 11:0 (1/8 final) hesabı ilə üstün olub.

****

1/8 finalda Orxan Nuriyevin rəqibi litvalı Vilius Laurinaitis olub. İdmançımız bu görüşdə də qalib gəlib. O, 1:9 hesab ilə rəqibini məğlub edib.

Elman Muxtarov isə 1/4 finalda norveçli Sitg-Andre Berglə qarşılaşıb. Güləşçimiz 7:6 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

Rafiq Hüseynov 1/4 finalda bolqarstan idmançısı Daniel Aleksandrov üzrəində 10:0 hesabı ilə qəbələ qazanıb və yarmfinala yüksəlib.

Rəsul Çunayev isə 1/4 finalda Xorvatiya güləşçisi Dominik Etlingerlə qarşılaşıb və 4:0 hesabı ilə qalib gələrək, yarımfinala vəsiqə qazanıb.

****

Elman Muxatov 1/2 finalda Rusiya təmsilçisi Stepan Maryanyana 3:11 hesabı ilə məğlub olub. O, bürünc medal uğrunda yarışacaq.

Rəsul Çunayev 1/2 finalda bolqarıstanlı Svilen Kostadinonu 10:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Orxan Nuriyev 1/4 finalda Rusiya idmançısı İslam Maqomedova 1:3 hesabı ilə məğlub olub.

Rafiq Hüseynov 1/2 finalda Türkiyə güləşçisi Selçuk Cebi ilə qarşılaşıb və 9:0 hesabı ilə qalib gələrək finala çıxıb.

Orxan Nuriyev təsəlliverici görüşdə estoniyalı Ardo Arusaarı 0:2 hesabı ilə məğlub edib. O, bürünc medal uğrunda görüşdə Türkiyə güləşçisi Cenk İldem ilə qarşılaşacaq.

59 kq
1/8 final - Elman Muxtarov - Gizo Meladze (GEO) 5:3
1/4 final - Elman Muxtarov - Stig-Andre Berg (NOR) 7:6
1/2 final - Elman Muxtarov - Stepan Maryanyan (RUS) 3:11
Bürünc medal görüşü - Roman Amoyan (ARM) - Elman Muxtarov

71 kq
1/8 final - Rəsul Çunayev - Daniel Kataraqa (MDA) 7:6
1/4 final - Rəsul Çunayev - Dominik Etlinger (CRO) 4:0
1/2 final - Rəsul Çunayev - Svilen Kostadinov (BUL) 10:0
FİNAL - Rəsul Çunayev - Balint Korpasi (HUN)

80 kq
1/8 final - Rafiq Hüseynov - Mixael Vaqner (AUT) 11:0
1/4 final - Rafiq Hüseynov - Daniel Aleksandrov (BUL) 10:0
1/2 final - Rafiq Hüseynov - Selçuk Cebi (TUR) 9:0
FİNAL - Rafiq Hüseynov - Yevgeni Saleev (RUS)

98 kq
1/16 final - Orxan Nuriyev - Teodoros Tunusidis (SWE) 4:1
1/8 final - Vilius Laurinaitis (LTU) - Orxan Nuriyev 1:9
1/4 final - Orxan Nuriyev - İslam Maqomedov (RUS) 1:3
Təsəlliverici görüş - Ardo Arusaar (EST) - Orxan Nuriyev 0:2
Bürünc medal görüşü - Orxan Nuriyev - Cenk İldem (TUR)

Elgün Vidadioğlu

FOTOLAR: Cəlil Rəcəbli

Bütün xəbərlər Facebook səhifəmizdə