"Barselona"nın və Argentina yığmasının hücumçusu Lionel Messi zəmanəmizin ən bahalı futbolçusu adlandırılıb. Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) ekspertləri təhlil aparıblar. Onların məlumatına görə, Messinin transfer qiyməti 255,3 - 280,8 milyon avro diapazondadır.
Reytinqdə ikinci yeri "Çelsi" klubunun yarımmüdafiəçisi Eden Azar tutub. Onun dəyəri 135,4 milyon avrodan 148,9 milyon avroyadəkdir.
Üçüncü yerdə "Real"ın lideri Kriştianu Ronaldudur: 113,3 milyon avrodan 124,7 milyon avroyadək.
Onluğa həmçinin Neymar, Serxio Aquero, Raxim Sterlinq, Pol Poqba, Diyeqo Kosta, Aleksis Sançes və Xames Rodriges daxildirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB