Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində bu gün jurnalistlərin Atletlər kəndinə media turu təşkil edilib. SİA-nın məlumatına görə, 30 yaxın jurnalistin iştirak etdiyi turda media mənsubları idmançıların oyunlar zamanı qalacağı mənzillərdə, yeməkxanada, idman və oyun zalında və s. yaradılan şəraitlə tanış olublar.
Atletlər kəndinin qarşılanma mərkəzinin mütəxəssisi Nərmin Əlisoy jurnalitləri kənddə yaradılan şəraitlə yaxından tanış edib: "Bugünkü tur sırf Atletlər kəndi üçün nəzərdə tutulmuşdu. Siz burada idmançılar üçün nəzərdə tutulan məntəqələrdə oldunuz. İlk olaraq toplaşdığımız məntəqə atletlər üçün kənd meydanı adlanır. Ondan sonra bizim getdiyimiz yer atletlərin qalacağı mənzillərlə tanışlıq idi. Üçüncü məntəqə Milli Olimpiya Komitəsinin Bayraq meydanı ərazisi oldu. Bundan sonra sizin iştirakınızla biz idmançıların əsas yemək zalında olduq. Burada eyni zamanda 2079 atlet nahar edə bilər, eləcə də müxtəlif dini və mədəni dəyişiklikləri nəzərə alaraq idmançılara orada müxtəlif ölkələrin mətbəxi təklif olunacaq. Oyunlar ərzində 1 milyon yarım litr adi içməli su, 10 min ton dəniz, ət və digər məhsullar nəzərdə tutulub. Sonra biz atletlər üçün nəzərdə tutulmuş super əyləncə mərkəzinə baş çəkdik. Burada həm adi, həm də super əylənc mərkəzi mövcuddur".
Nərmin Əlisoy əlavə edib ki, super əyləncə mərkəzinin adi əyləncə mərkəzindən fərqli cəhəti burada idmançıların vaxtını daha səmərəli keçirməsi üçün xüsusi oyun zallarının quraşdırılmasıdır: "Adi istirahət mərkəzində isə sadəcə olaraq vayfay (wifi), televiziya, kompyuter oyunları nəzərdə tutulub. Daha sonra biz poliklinikaya getdik. Bu da 24 saat 7 gün fəaliyyət göstərəcək. Həmin poliklinika idmançılar və ərazidə olan insanlar üçün nəzərdə tutulub. Sizlərlə birgə sonra inzibati binada yerləşən fitnes zalınd olduq. Sonrakı məntəqə Best of Azerbaijan yəni, Azərbaycanın ən yaxşısı adlı restoranla tanışlıq idi. Sözügedən restoran da səhər saat 7-dən axşam 11-ə kimi fəaliyyət göstərir. Təbii ki, ödənişli əsaslardadır. Üstünlüyü isə burada Azərbaycanın milli mətbəx nümunələrinin olmasındadır".
Qeyd edək ki, Azərbaycan keçiriləcək ilk Avropa Oyunlarının açılışı iyun ayının 12-də olacaq, iyunun 28-də isə başa çatacaq
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB