Ukraynanın "Bakı-2015"də yarışacaq oxatanları müəyyənləşib

Ukraynanın "Bakı-2015"də yarışacaq oxatanları müəyyənləşib

"Bakı-2015" I Avropa Oyunlarının kamandan oxatma yarışlarında Ukraynanı təmsil edəcək idmançıların adları məlum olub. SİA-nın məlumatına görə, Ukrayna KİV-lərində qeyd olunur ki, bu ölkəni kişilər arasında keçiriləcək oxatma yarışlarında Georgi İvaniskiy, Markian İvaşko, Viktor Ruban, qadınlar arasında isə Veronika Marçenko, Anastasiya Pavlova, Lidiya Siçenikova təmsil edəcəklər.

Qeyd edək ki, I Avropa Oyunlarının kamandan oxatma yarışları iyunun 16-dan 22-dək Tofiq Bəhramov adına Respublika Stadionda keçiriləcək. Yarışlarda 128 oxatan mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə