"Xəzər Lənkəran"da baş məşqçi dəyişikliyi

"Xəzər Lənkəran"da baş məşqçi dəyişikliyi

"Xəzər Lənkəran" Futbol Klubunun baş məşqçisi Oğuz Çetin tutduğu vəzifədən istefa verib. SİA-nın məlumatına görə, türk mütəxəssis bu qərarını klub rəhbərliyi ilə fasilə öncəsi keçirilən görüşdə açıqlayıb. Oğuz Çetinlə birlikdə onun korpusunda yer alan Mustafa Eskisoy və Murat Göksu da vəzifələrini tərk edib.

Klub Oğuz Çetinə və onun məşqçi korpusuna burada çalışdığı dövr ərzində bütün xidmətlərinə görə təşəkkürünü bildirir və hər bir məşqçiyə karyerasında uğurlar və nailiyyətlər arzulayır.

Mövsümün sonuna qədər baş məşqçi vəzifəsinin müvəqqəti icrası əvəzedici komandanın baş məşqçisi Elbrus Məmmədova həvalə olunub. Ona qapıçılar üzrə məşqçi Vidadi Hüseynov və fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorre kömək edəcəklər. Eyni zamanda əvəzedici komandaya rəhbərlik Hafiz Əliyevə tapşırılıb.

Qeyd edək ki, digər təyinatlar, həmçinin komandanın yollarını ayıracağı futbolçular haqqında məlumatlar da yaxın zamanda açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə