Namiq Əhmədov: "Xəzər rayonunda seçki prosesi şəffaf və demokratik keçirilir"

Namiq Əhmədov: "Xəzər rayonunda seçki prosesi şəffaf və demokratik keçirilir"

"Bələdiyyə seçkiləri 13 saylı Xəzər-Pirallahı, 14 saylı Xəzər seçki dairələrinin bütün məntəqələrində uğurla davam edir". Bu sözləri SİA-ya YAP Siyasi Şurasının üzvü, partiyanın Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov deyib. O, seçki prosesinin gedişatı haqqında məlumat verib: "Xəzər rayonunda seçki prosesi şəffaf və demokratik keçirilir. Bütün məntəqələrdə müşahidəçilər var, səsvermə üçün hər bir şərait yaradılıb. Heç bir qanun pozuntusuna yol verilməyib. Bütün seçicilər rahat və azad şəkildə istədikləri namizədə səs verirlər. Səsvermə başa çatandan sonra bülletenlər qaydalar çərçivəsində sayılacaq və qaliblər müəyyənləşəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə