"Simurq" "Neftçi" ilə oyuna ciddi itkilərlə çıxacaq

"Simurq" "Neftçi" ilə oyuna ciddi itkilərlə çıxacaq

İndiyədək "Neftçi" ilə Zaqataladakı görüşlərdə qələbəyə həsrət qalan "Simurq" klubu paytaxt təmsilçisi ilə oyuna ciddi itkilərlə çıxacaq. SİA-nın məlumatına görə, uzun müddətdir zədədən əziyyət çəkən Banas Adam fasilə müddətində komanda ilə birgə məşqlərə başlasa da, bu matçda forma geyinə bilməyəcək. Murad Səttarlıya da qarşılaşmada şans verilməyəcək. Həmçinin Vüqar Mustafayev zədə səbəbindən "Neftçi" ilə oyunda komandasına kömək edə bilməyəcək. "Xəzər Lənkəran"la görüşdə sarı vərəqə limitini dolduran Rəşad Eyyubov da cəzalı duruma düşdüyündən bu matçı buraxmalı olacaq.

Qeyd edək ki, son 4 ev oyununda "Simurq" "Neftçi"yə qol vura bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə