Tennisçilərimiz Lissabonda mübarizəyə qatılacaqlar

Tennisçilərimiz Lissabonda mübarizəyə qatılacaqlar

Sentyabrın 24-dən 28-dək Portuqaliyanın paytaxtı Lissabon şəhərində stolüstü tennis üzrə Avropa komanda çempionatı keçiriləcək. SİA-nın məlumatına görə, yarışda baş məşqçi Leşek Kuxarski və böyük məşqçi Aleksandr Zudovun rəhbərliyi ilə milli komandamızın 3-ü kişi və 3-ü qadın olmaqla 6 üzvü iştirak edəcək.

Çempionatda 42 kişi və 37 qadın komandası mübarizə aparacaq.

Qeyd edək ki, kişi komandamızın yer aldığı 3-cü divizionda 11, qadınlardan ibarət komandamızın qərarlaşdığı 2-ci divizionda 16 komanda çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə