İngiltərənin "Stok Siti" futbol klubunun bosniyalı qapıçısı Asmir Beqoviç ən uzaq məsafədən qol vuran futbolçu kimi rəsmən Ginnesin Rekordlar Kitabına düşüb. Bunu komandanın mətbuat xidməti xəbər verir. 2013-cü ilin noyabrında "Sauthempton" komandası ilə görüşün (bu görüş 1:1 hesabı ilə başa çatıb) 13-cü saniyəsində bosniyalı legioner öz qapısından topu güclü zərbə ilə rəqib komandanın qapısına yönəldib. Onun zərbəsindən sonra top meydançanın üstündən uçub 91,9 metr məsafəni qət edərək polşalı qapıçı "müqəddəs" Artur Borutsun qapısından keçib.
İTAR-TASS A.Beqoviçə istinadla yazır: "Mən öz uğurumla fəxr edirəm. Qapıçı kimi bunu heç gözləmirdim. Bu mükafatı həqiqətən dəyərləndirirəm, rekord haqqında sertifikat isə evimin divarında fəxri yerdə asılacaq".
Yeri gəlmişkən, bu qol həm də futbol üzrə İngiltərə çempionatları tarixində oyun ərzində ən tez vurulan qollardan biridir və 2000/2001-ci il futbol mövsümündə "Tottenhem"in müdafiəçisi Ledli Kinqin rekordundan yalnız üç saniyə geri qalır.
"Stok Siti"yə 2010-cu ildə "Portsmut" klubundan keçmiş A.Beqoviç bu müddətdə komandanın əsas heyətində İngiltərə Premyer-Liqası çərçivəsində 128 oyun keçirib və 153 top buraxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB