UEFA-dan bəyanat: "Nəticələri tanımayacağıq"

UEFA-dan bəyanat: "Nəticələri tanımayacağıq"

UEFA Krım klublarının Rusiya Futbol İttifaqının (RFİ) bayrağı altında keçirilən yarışlarda iştirakı ilə bağlı bəyanat verib. Qitənin ali futbol qurumunun saytının yaydığı xəbərə görə, bəyanatda qeyd edilib ki, Krım klublarının Rusiyadakı yarışlarda çıxışının nəticələrini tanımayacaq.

UEFA məsələ ilə əlaqədar gələcəkdə FİFA, RFİ və Ukrayna Futbol Federasiyası ilə danışıqlara hazır olduğunu bildirib.

Qeyd edək ki, hazırda Krımın üç klubu – SKÇF (Sevastopol), "Tavriya" (Simferepol) və "Jemçujina" (Yalta) Rusiya çempionatının ikinci liqasında, eyni zamanda ölkə kuboku uğrunda yarışda mübarizə aparır.

Xatırladaq ki, dünyanın əksər ölkələri və beynəlxalq qurumları Krımın Rusiyanın tərkibinə qatılması ilə bağlı referendumun nəticəsini qəbul etmir və həmin bölgəni Ukraynanın ərazisi sayır.

Bütün xəbərlər Facebook səhifəmizdə