"Araz-Naxçıvan" bir futbolçusunu komandadan uzaqlaşdırdı

"Araz-Naxçıvan" bir futbolçusunu komandadan uzaqlaşdırdı

Yeni mövsümün debütantı olan "Araz-Naxçıvan" PFK bir futbolçusu ilə yollarını ayırıb. SİA-nın məlumatına görə, ötən mövsüm "Xəzər Lənkəran"dan transfer edilən Akif Tağıyevin müqaviləsi qarşılıqlı surətdə ləğv edilib. A.Tağıyevlə sözləşmənin pozulmağına səbəb isə futbolçunun əvəzedici heyətdə oynamaqdan boyun qaçırmasıdır.

Baş məşqçi Əsgər Abdullayevin qərarına əsasən artıq çəkisi olan və formada olmayan Akif Tağıyev əvəzedici heyətlə Qəbələyə yollanmalı idi. Lakin buna etiraz edən futbolçunu rəhbərlik komandadan uzaqlaşdırmağı qərara alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə