Oyun təxirə düşdü

Futbol üzrə Azərbaycan superkubok oyunu təxirə salınıb. SİA-nın xəbərinə görə, bu barədə PFL-in mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.

O bildirib ki, avqustun 13-də "Qarabağ" və "Neftçi" arasında Qəbələdə keçirilməsi nəzərdə tutulan oyun klubların qarşılıqlı razılığı əsasında başqa günə keçirilib. Avropa Liqasında çıxışları ilə əlaqədar olaraq "Qarabağ" və "Neftçi" PFL-ə müraciət edərək görüşün başqa tarixdə keçirilməsini istəyib.

Qeyd edək ki, hələlik qarşılaşmanın hansı tarixdə baş tutacağı dəqiqləşdirilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə