Bu gün görkəmli şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan 12 yaşadək uşaqlar arasında beynəlxalq turnirə start verilib. SİA-nın məlumatına görə, beynəlxalq turnirdə Rusiya, Fransa, Gürcüstan, Türkiyə, İran və digər olkələrdən iştirakçılar var.
Qeyd edək ki, 100-dən çox yeniyetmənin iştirak etdiyi Vüqar Həşimov Memorialı 9 turdan ibarət olacaq. Qaliblər Batumidə keçiriləcək 12 yaşadək şahmatçıların şəxsi Avropa çempionatında iştirak etmək imkanı qazanacaq. Qalib şahmatçı eyni zamanda Vüqar Həşimov Kubokuna sahib çıxacaq. Gümüş medalçı isə Baku Open turnirinə dəvət alacaq. Bürünc mükafatçı Naxçıvan Opendə iştirak edəcək.
Qeyd edək ki, iyulun 24-də Vüqar Həşimovun 28 yaşı tamam olur.
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB