"Baku Cup 2014" Beynəlxalq turnirində üçüncü turun oyunlarına start verildi. Bu mərhələnin ilk matçı Bakı Tennis Akademiyasının mərkəsi kortunda keçirildi. Rumıniyalı Aleksandra Kadantsu ilə isveçrəli Ştefani Föqele arasındakı oyunun qalibi 1 saat 24 dəqiqə ərzində müəyyənləşdi.
Dünya reytinqində 72-ci olan 24 yaşlı Ş.Föqele reytinqdə 131-ci olan A.Kadantsu qarşısında üstün oyun nümayiş etdirdi. Ş.Föqele ilk seti 6:1 qazanaraq hesabda önə keçdi.
İkinci setdə A.Kadantsunun cəhdləri nəticəsiz qaldı və Ş.Föqele bu seti də 6:4 hesabı ilə qazanaraq matçdan 2:0 hesablı qələbə ilə ayrıldı.
İsveçrəli tennisçi bu qələbə sayəsində turnirin 4-cü turuna (1/8 final) yüksəldi. Onun növbəti rəqibi rumıniyalı Sorana Kirstea ilə tunisli Uns Cabir arasındakı matçın qalibi olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB