Almaniya dördüncü dəfə dünya çempionu oldu FOTOLAR

Almaniya dördüncü dəfə dünya çempionu oldu FOTOLAR

Futbol üzrə Braziliyada təşkil olunan sayca 20-ci dünya çempionatına yekun vurulub. SİA-nın verdiyi məlumata görə, həlledici görüşdə Almaniya və Argentina yığmaları üz-üzə gəlib. Məşhur "Marakana" stadionundakı bu final oyunu Cənubi Amerika - Avropa dueli kimi də qələmə verilirdi. Qarşılaşmanın əsas vaxtında hesab açılmayıb. Əlavə vaxta isə Almaniya millisinin üzvü Mariya Götzenin vurduğu yeganə qolla almanlar görüşdən qalib ayrılıblar – 1:0. Beləliklə, Yoahim Lövün komandası DÇ-2014-ün qalibi olub.

Almaniya çempion olmaqla həm də Cənubi Amerikada dünya kubokunu qazanacaq ilk Avropa komandası kimi tarixə düşüb.

Qeyd edək ki, bu, Almaniya və Argentinanın mundial tarixindəki üçüncü finalıdır. Bu komandaların ilk finalı 1986-cı ildə olub. Meksikadakı həmin yarışda Argentina 3:2 hesabı ilə qalib gəlib. Növbəti - İtaliyadakı 1990-cı il çempionatının finalında da bu komandalar qarşılaşıb. Bu dəfə isə 1:0 hesabı ilə qalib gələn Almaniya çempion adını qazanıb.

Xatırladaq ki, almanlar buna qədər 3 dəfə dünya çepionu adını qazanıb.

"DÇ-2014"ün finalı

00:00. Almaniya - Argentina - 1:0

Qol: Götze, 113 (1:0)

Baş hakim: Nikola Ritsoli (İtaliya)

"Marakana" stadionu. Rio de Janeyro

Almaniya: Noyer, Lam, Hummels, Boatenq, Hevedes, Şvaynştayger, Kramer, Müller, Kroos, Özil, Kloze

Argentina: Romero, Sabaleta, Demikelis, Qaray, Roxo, Peres, Maskerano, Bilya, Lavessi, İquain, Messi

Bütün xəbərlər Facebook səhifəmizdə