Almaniya Portuqaliyanı darmadağın etdi FOTOLAR

Almaniya Portuqaliyanı darmadağın etdi FOTOLAR

Dünya çempionatında qrup mərhələsinin oyunları davam edir. Bu gün daha 3 qarşılaşma baş tutacaq.

G qrupunun ilk matçına maraq daha böyük idi . Bu oyunda Almaniya və Portuqaliya milliləri üz-üzə gəlib. Qarşılaşmanın bərabər mübarizə şəraitində keçəcəyi gözlənilsə də, bu baş verməyib. Almaniya millisi sözügedən matçda dörd cavasız qolla Portuqaliyanı darmadağın edib - 4:0.

Almaniya millisi ilə oyundakı (0:4) uğursuzluq Portuqaliya millisinin dünya çempionatları tarixində ilk ən acınacaqlı məğlubiyyəti olub.

DÇ-lərin final mərhələləri tarixində bu gün almanlarla oyuna qədər 23 matça çıxan portuqaliyalılar səkkiz qarşılaşma uduzmuşdular. Bunlardan ikisində onlar iki, digər altı oyunda isə bir top fərqiylə məğlubiyyətə uğramışdılar.

Portuqaliyalıların iki top fərqi ilə uduzduğu matçlar 1986 (Mərakeş, qrup mərhələsi – 1:3) və 2006-cı il (Almaniya, üçüncü yer uğrunda oyun – 1:3) dünya çempionatlarına təsadüf edib.

Beləliklə, bugünkü 0:4 hesablı yenilgi Portuqaliya futbolu tarixində dünya çempionatlarında ən ağır məğlubiyyət olub.

16 iyun

G qrupu

21:00. Almaniya - Portuqaliya - 4:0

Qollar: Tomas Müller, 12-pen (1:0), Mats Hummels, 32 (2:0), Tomal Müller, 45+1 (3:0), 78 (4:0)

Qırmızı vərəqə: Pepe, 37 (Portuqaliya)

Baş hakim: Milorad Maziç (Serbiya)

Almaniya: Manuel Noyer, Jerom Boatenq, Benedikt Hövedes, Mats Hummels, Filipp Lam (k), Per Metezaker, Məsut Özil, Sami Xedira, Mario Qötze, Toni Kroos, Tomas Müller

Ehtiyat oyunçular: Roman Vaydenfeller, Ron-Robert Zieler, Erik Durm, Kevin Qrosskroytz, Julian Draksler, Mattias Qinter, Andre Şürrle, Kristofer Kramer, Bastian Şvaynştayger, Kloze, Lukaş Podolski, Mustafi

Portuqaliya: Rui Patrisiu, Bruno Alveş, Pepe, Fabio Koentrao, Raul Meyreleş, Miqel Veloso, Joao Pereyra, Joau Moutinyo, Huqo Almeyda, Nani, Kriştiano Ronaldo (k)

Ehtiyat oyunçular: Betu, Eduardu, Andre Almeyda, Neto, Rikardo Kosta, Ruben Amorim, Vilyam Karvalyo, Eder, Helder Poştiqa, İvan Kavalyero, Varela, Vieyrinyo

03:00. Qana - ABŞ (iyunun 16-dan 17-nə keçən gecə)

Baş hakim: Yunas Eriksson (İsveç)

G qrupu

S Komandalar O Q H M T-F X

1 Almaniya 1 1 0 0 4-0 3

2 ABŞ 0 0 0 0 0-0 0

3 Qana 0 0 0 0 0-0 0

4 Portuqaliya 1 0 0 1 0-4 0

Bombardirlər:

Tomas Müller (Almaniya) - 3 qol

Robin van Persi (Hollandiya) - 2 qol

Aryen Robben (Hollandiya) - 2 qol

Neymar (Braziliya) - 2 qol

Kərim Benzema (Fransa) - 2 qol

Bütün xəbərlər Facebook səhifəmizdə