Şəmkirdə tarixi futbol matçı: Dünya yığması Azərbaycan millisinə qarşı
"Shamkir Chess 2014" turnirinin istirahət günündə təşkilatçılar şahmatçılar arasında futbol matçı keçirməyi planlaşdırır. SİA-nın məlumatına görə, yoldaşlıq oyununda 3 komandanın iştirak edəcəyi gözlənilir. Əcnəbi şahmatçılardan ibarət komanda dünya yığmasında mübarizə aparacaq. Dünya yığmasının heyətində dünya çempionu Maqnus Karlsen, Hikaru Nakamura, Sergey Karyakin, Aleksandr Motılyov, Fabiano Karuana və digərləri iştirak edəcək. Azərbaycan şahmatçıları milli komandanın heyətində yer alacaq. Yığmamızın şərəfini Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Qədir Hüseynov, Rauf Məmmədov, Eltac Səfərli, Vasif Durarbəyli, Nicat Abbasov və digərləri qoruyacaq. Daha bir komandada isə jurnalistlər, şərhçilər və digər şəxslər yer alacaq. Maraqlı futbol matçı aprelin 25-də baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB