“Araz” futzal komandası “Dördlər finalı”na hazırlığını davam etdirir
Xəbər verdiyimiz kimi, aprelin 24-dən 26-dək "Sərhədçi" Olimpiya İdman Mərkəzində futzal üzrə UEFA kuboku yarışlarının "Dördlər finalı" keçiriləcək. Siasport.az saytının məlumatına görə, turnirdə mübarizə aparacaq Naxçıvanın "Araz" komandası hazırlığını davam etdirir. Hazırda baş məşqçi Joze Alesionun rəhbərliyi altında 16 futzalçı məşq edir. Bunlar Buranello, Aleksey Popov, Marko Periç, Fabiano, Felipe, Edu, Kristian Çuyek, Amadeu, Rodolfo Furtino, Vitali Borisov, Rafael Davi, Auqusto, Ancelo Karonu, Bruno Melo və Sezardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB