Topaz Premyer Liqasının növbəti turu çərçivəsində "Xəzər Lənkəran"ın qonağı olacaq "Qəbələ" bu gün Bakını tərk edib. Siasport.az saytının məlumatına görə, günorta saatlarında Lənkərana çatan Yuri Syominin yetirmələri burada oyun öncəsi 1 məşq keçəcək.
"Qəbələ" Lənkərana Umar Kalaban, Dieqo Koşta, Nikola Valentiç, İbrahima Niasse, David Petjkeviç və Elnur Allahverdiyevi aparmayıb. Qapıçılar və E.Allahverdiyev cəzalı, digərləri zədəlidir.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Qəbələ" görüşü sabah saat 18:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB